Çərşənbə , Oktyabr 21 2026
azfa

Güney Azərbaycanda azərbaycanlı fəalların həbs dalğası davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin ETTELAAT idarəsinin qüvvələri azərbaycanlı milli-mədəni fəal Əkbər Mühacirini və Şahin Bərzgəri də yaxalayıblar.

10 nəfərdən çox ETTELAAT məmuru Əkbər Mühacirini yaxalamaq üçün onun evinə hücum çəkib, uşövladı və həyat yoldaşının gözü qarşısında qollarına qandal vurub, sorğu-suala tutublar.

Rejimin məmurları fəalı yaxalarkən döyüb, işgəncə ediblər. Məmurlar onu şərləyərək “silah və aldığın dollarların yerini deməlisən” sualları sormaqla fəallara qarşı yeni oyun oynandığı ortaya çıxıb.

Həmçinin rejimin məmurları Güney Azərbaycanın Təbriz şəhərində milli-mədəni fəal Şahin Bərzgəri də yaxalayıblar. Onlar fəalı ata evində yaxalayaraq naməlum istiqmaətə aparıblar.

Azərbaycanlı fəalların harada saxlandığı hələlik məlum deyil.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Bir cavab yazın