Bazar ertəsi , May 25 2026
azfa

Hulusi Akar İsveç və Finlandiyaya terrora dəstək verdiklərinə görə xəbərdarlıq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin milli müdafiə naziri Hulusi Akar İsveç və Finlandiyaya xəbərdarlıq edib. Nazir bu barədə latviyalı həmkarı Artis Pabrikslə görüşdə danışıb.

“Madriddə imzalanan anlaşma memorandumu hələ son deyil. Əksinə başlanğıcdır. Qarşı tərəflərdən razılaşmalara əməl etmələrini gözləyirik”, – Akar vurğulayıb.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsveç və Finlandiyanın terrorçuları qaytarmayacağı təqdirdə bu ölkələrin NATO-ya üzvlüyünə veto qoyula biləcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, Türkiyə parlamenti İsveç və Finlandiyanın NATO-ya üzvlüklə bağlı müraciətlərinə dair müsbət qərar qəbul etməlidir. Əks halda, proses dondurulmuş hesab olunacaq.

Həmçinin yoxlayın

Tramp: İranla danışıqlar yaxşı irəliləyir, İran İbrahim Razılaşmalarına qoşulacaq

GADTB: Donald Trump İranla aparılan danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib və mümkün razılaşmanın region …

Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə (Səhər) vəfat edib

GADTB: Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə 74 yaşında İsveçin Malmö şəhərində vəfat edib və qürbətdə …