Bazar , Sentyabr 13 2026
azfa

İran–ABŞ atəşkəsi başa çatmaq üzrədir; danışıqlar hələ də dalana dirənib

GADTB: ABŞ və İran arasında əldə olunmuş kövrək atəşkəs müddətinin başa çatmasına az qalır. Eyni zamanda gərginlik artır. Bu vəziyyət atəşkəsin uzadılması və müharibəyə son qoyacaq razılaşmanın əldə olunması üzrə danışıqların dalana dirəndiyi bir vaxtda davam edir.

“Politico”nun məlumatına görə, Ağ Evdəki yüksək vəzifəli bir rəsmisi Vaşinqtonla Tehran arasındakı mövcud vəziyyəti “dayanmış” kimi qiymətləndirib və cümə günü günortaya qədər atəşkəsin uzadılması ilə bağlı hər hansı razılaşmadan xəbərinin olmadığını bildirib.

Vaşinqton və Tehran arasında 17 iyunda imzalanmış anlaşma memorandumuna əsasən, yekun razılaşmanın əldə olunması üçün 60 günlük danışıqlar müddəti müəyyən edilmişdi. Bu müddətə əsasən, son tarix 17 avqustdur.

Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi bildirib:

“Razılaşmaya nə qədər yaxın və ya uzaq olmağımızın əhəmiyyəti yoxdur. Əsas məsələ İranın danışıqlar masasına oturmaq və razılaşma əldə etmək istəyib-istəməməsidir. Hazırda bunu etmir.”

Həmçinin yoxlayın

Qoşaçaylı idmançı Aylin Bahari Asiya qadınlar karate çempionatında gümüş medal qazanıb

GADTB: Qoşaçay şəhərindən olan idmançı Aylin Bahari İordaniyada keçirilən Asiya Qadınlar Karate Çempionatında ikinci yerə …

Türkcə “Koroğlu” tamaşası maneələrə baxmayaraq Cənubi Azərbaycan teatrında rekord vurub

GADTB: Rejissor Yaqub Seddiq-Cəmalın quruluş verdiyi “Koroğlu” türk tamaşasının altıncı nümayiş mərhələsi Təbrizdə bir ay …