Cümə axşamı , İyun 25 2026
azfa

İran ABŞ-nin danışıqlar təklifini rədd edərək şərtlər irəli sürüb

GADTB: Tehran müharibəni dayandırmaq üçün 5 sərt şərt irəli sürüb.

  İran ABŞ-nin vasitəçilər yolu ilə göndərdiyi təklifləri “aldadıcı” və “reallıqdan uzaq” hesab edir.

  Rəsmi Tehran hesab edir ki, ABŞ əvvəlki danışıqlardan (2025-ci ilin yaz və 2026-cı ilin qışındakı görüşlərdən) sadəcə vaxt qazanmaq və hücum hazırlamaq üçün istifadə edib.

İran bəyan edir ki, yalnız 5 şərt yerinə yetirildiyi halda döyüşləri dayandıracaq:

 1. Hücumların və sui-qəsdlərin dayandırılması: Düşmən tərəfindən hər növ hərbi təcavüzə son qoyulmalıdır.

 2. Təhlükəsizlik təminatı: Müharibənin bir daha təkrarlanmayacağına dair real və obyektiv zəmanətlər verilməlidir.

3. Müharibə təzminatı: Dəymiş ziyanın ödənilməsi və qəti şəkildə həlli təmin edilməlidir.

 4. Regional atəşkəs: Müharibə yalnız İran üçün deyil, regiondakı bütün proksi qüvvələr üçün bütün cəbhələrdə eyni vaxtda bitməlidir.

 5. Hörmüz boğazı üzərində suverenlik: İranın Hörmüz boğazı üzərindəki hüquqları tanınmalı və bu, qarşı tərəfin öhdəliklərinə əməl etməsi üçün bir təminat vasitəsi kimi qəbul edilməlidir.

İran vurğulayır ki, müharibənin nə vaxt bitəcəyinə Tramp deyil, İran özü qərar verəcək.

Tehran bu məsələdə tələsmədiyini və uzunmüddətli müdafiəyə hazır olduğunu nümayiş etdirir.

Həmçinin yoxlayın

Türkiyə iyul ayında NATO liderlərinin sammitinə ev sahibliyi edəcək

GADTB: NATOnın 36-cı liderlər sammiti 7–8 iyul tarixlərində Türkiyəndə keçiriləcək. Sammitdə NATO-ya üzv olan 32 …

SEPAH bildirir ki, Oman tərəfindən təklif olunan marşrut qəbuledilməz və təhlükəlidir

GADTB: İslam İnqilabı Keşikçiləri Korpusu bəyan edib ki, Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidi yalnız İranın …