Çərşənbə , İyun 24 2026
azfa

İran adlanan ölkə nüvə proqramını dayandırmadığı üçün İsrail nüvə alimlərini öldürəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan ölkə nüvə proqramını dayandırmadığı üçün İsrailin nüvə aliminə qarşı sui-qəsd təşkil edəcəyi iddia edilir.

Məlumata görə, İran adlanan ölkənin nüvə proqramının beyni olaraq tanınan alim Möhsün Faxrzadə Mehabadinin İsrail kəşfiyyatının sui-qəsd siyahısında olduğu iddia edilib. Bu barədə İsrailin “Valla” nəşri məlumat yayıb.

Bundan əlavə, bəzi iranlı alimlərə də bir neçə il əvvəl MOSSAD tərəfindən sui-qəsd təşkil edildiyi vurğulanıb.

Xatırladaq ki, bir neçə gün əvvəl İsrail Baş naziri Benyamin Netanyahu əlində İran adlanan ölkənin nüvə razılaşmasının şərtlərini pozan və nüvə əldə etməsi üçün hazırlığı davam etdirən gizli sənədlər olduğunu bəyan etmişdi.

 

Həmçinin yoxlayın

Tramp Senatda müharibənin dayandırılması layihəsinin qəbulunu tənqid edib

GADTB: ABŞ prezidenti Donald Tramp Senatda müharibənin dayandırılması ilə bağlı layihənin qəbul edilməsinə münasibət bildirərək …

Xoyun Qotur bölgəsində dil kimliyi ilə bağlı narazılıq; kürdcə “xoş gəlmisiniz” lövhəsi quraşdırılıb

GADTB: Xoyun Qotur bölgəsində kürd dilində lövhənin quraşdırılması yerli məsulların fəaliyyəti ilə bağlı yeni müzakirələrə …

Bir cavab yazın