Çərşənbə axşamı , May 19 2026
azfa

İran adlanan ölkədə baş örtüyünü açan qadına polis vəhşiliyi – VİDEO

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, İran adlanan ölkənin paytaxtı Tehranda fevral ayının 22-də məcburi hicaba etiraz əlaməti olaraq baş örtüyünü açan 1 qadını polis zorakılıqla həbs edib.

Hadisənin videosundan da göründüyü kimi baş örtüyünü açan qadın vəhşicəsinə aşağı salınaraq həbs edilib.

Baş örtüyünü açan qadın bu əməlinə görə onu əhatəyə alan kişilər tərəfindən alqışlansa da, az sonra polis qüvvələri hadisə yerinə gəlib həmin qadından başını örtməyi və aşağıya düşməsini istəyiblər. Bundan imtina edən qadını polislərdən biri arxasından hündürlüyə dırmaşaraq başını açmış qadını vəhşicəsinə aşağıya itələyərək salıb. Yerə yıxılan qadının əl-ayağı əzilib. Polislər, hadisə yerinə toplaşan vətəndaşları dağıdaraq başını  açmış qadını avtomibilə mindirərək naməlum istiqamətə aparıblar. Qadın həbs edildiyi bildirilir.

Həmçinin yoxlayın

İran ABŞ Hərbi Hava Qüvvələrinin uçuş taktikalarını təhlil edib və mümkün zərbəyə hazırlaşır

GADTB: “The New York Times” ABŞ rəsmilərinə istinadən xəbər verir ki, İranın hərbi komandanlığı Vaşinqtonun …

Təxminən 3 min yük maşını 20 gündən çoxdur Türkiyə sərhəddində çıxış növbəsində qalıb

GADTB: Hazırda təxminən 3 min yük maşınının 20 gündən artıqdır ölkədən çıxış üçün sərhəd keçid …

Bir cavab yazın