Çərşənbə , İyun 17 2026
azfa

İran adlanan ölkədə etiraz aksiyalarında 3700 nəfərdən çox adam həbs olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan ölkədə hakimiyyətə qarşı etiraz aksiyaları zamanı ümumilikdə 3700 nəfər həbs edilib. Bu barədə jurnalistlərə açıqlamasında İran parlamentinin Təhsil Məsələləri üzrə Komitəsinin üzvü Mahmud Sadiqi məlumat verib.

Sadiqi həbs edilən tələbələrin dəqiq sayının bilinmədiyini deyib.

Qeyd edək ki, bir müddət önə fars rejimi həbs edilən şəxslərin çoxunun azadlığa buraxıldığını bildirsə də insan haqları fəalları ikinci Kəhrizək prosesinin başlandığı barədə xəbərdarlıq ediblər. Belə ki, artıq həbs olunanlardan 3-nün indiyədək zindanlardan işgəncə nəticəsində öldürüldüyü məlumdur. 2009-cu ildə Yaşıllar Hərəkatında da Kəhrizək adlı həbsxanada etirazçıların bir neçəsinin işgəncə nəticəsində öldürüldüyü xəbər verilirdi.

Həmçinin yoxlayın

Molla rejimi məşhur türkmən futbolçunun “Porsche”si müsadirə edib

GADTB: Dünən Kerman şəhər polisi türkmən futbolçu Sərdar Azmunun aktivləri siyahısında yer alan lüks Porsche …

ABŞ İranla imzalanacaq memorandumun mətnini İsrailə təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranla hazırlanan qarşılıqlı anlaşma memorandumunun mətnini İsrail …

Bir cavab yazın