GADTB: İran Ali Məhkəməsi “Hərkah ən-Nizal əl-Həvaz”ın (Əhvazın Azadlığı Uğrunda Ərəb Mübarizə Hərəkatı) qurucusu Həbib Osyod kimi tanınan Həbib Fərəcullah Çəəbin ölüm hökmünü təsdiqləyib.
İsveç vətəndaşı olan 48 yaşlı Həbib Osyod 2019-cu ilin oktyabrında Türkiyəyə səfəri zamanı İran İslam Respublikasının təhlükəsizlik agentləri tərəfindən qaçırılıb.
Məlumatlara görə, bu aksiya İslam Respublikasının təhlükəsizlik qurumları tərəfindən dəfələrlə həyata keçirilib.