Çərşənbə axşamı , May 26 2026
azfa

İran Azərbaycana qarşı yetişdirdiyi kadrlara Azərbaycana qarşı yazmağa əmr edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran xüsusilə son günlərdə Azərbayana qarşı yetişdirdiyi kadrlara Azərbaycana qarşı yazmağı əmr edib.

Həmin istiqamətdə İranın ETTELAAT-ına bağlı və İranın Azərbaycana qarşı yetişdirdiyi kadrlardan olan Cəlal Məhəmmədi Azərbaycana qarşı “Gülüstan, Türkmənçay və onun İran-Ermənistan sərhədində davamı?” başlıqlı yazı yazıb.

Calal Məhəmmədi anti-Azərbaycan mövqeyi ilə tanınan İranın “Azariha” saytında qələmə aldığı qərəzli məqaləsində yazır:

Sovet İttifaqının dağılmasından sonra Azərbaycan Respublikasının əhalisi qədim iranlılardan ibarət olan yenicə formalaşmış bir ölkə kimi meydana çıxması çox xoş oldu. Kommunist fövqəldövlətlə yaxın olmaqdansa şiə ölkəsi ilə yaxın olmaq təbii ki, xoşdur.

Amma Qafqazla İran arasında onilliklər boyu davam edən həsrətin yaratdığı coşqunluğun getdikcə, xüsusən də Heydər Əliyevin (SSRİ-nin rəhbərlərindən biri) Bakıda hakimiyyətə gəlməsindən sonra sönməsi ilə, yavaş-yavaş faktlar üzə çıxmağa başladı: “Bakı hökuməti” hətta İranla əlaqələri genişləndirməkdə maraqlı deyil, o ki qala İranla ortaq maraqlardan danışmaq!”

Məhz buna görə, Bakı-Tiflis-Ceyhan boru kəməri rəsmi Bakının razılığı ilə “İran Azərbaycanı” kimi təhlükəsiz və qısa marşrutundan keçmək əvəzinə, Gürcüstanın uzun və keşməkeşli marşrutundan keçdi. “Bakı hökuməti” Bakı-Ceyhan boru xəttinin mənfəətlərindən yararlanmaqda Gürcüstanı İrandan (İran Azərbaycanı) üstün tutdu!…”.

Həmçinin yoxlayın

Tramp: İranla danışıqlar yaxşı irəliləyir, İran İbrahim Razılaşmalarına qoşulacaq

GADTB: Donald Trump İranla aparılan danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib və mümkün razılaşmanın region …

Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə (Səhər) vəfat edib

GADTB: Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə 74 yaşında İsveçin Malmö şəhərində vəfat edib və qürbətdə …