Cümə axşamı , Aprel 25 2024
azfa

İran Azərbaycanın İrandan istədiyi 41 casus və terrorçunu geri qaytarmiyacağını deyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın terrorçu Sepah təşkilatının saytları Azərbaycanın İrandan istədiyi 41 casus və terrorçunu  geri qaytarmiyacaqlarını yazır.

Terror təçkilatı olan Sepaha bağlı saytlar Azərbaycanın baş prokuroru Kamran Əliyevin İrana səfəri və İrana qaçmış axtarışda olan Azərbaycan vətəndaşlarını geri qaytarılması tələbi ilə bağlı material dərc edib.

İranın “Gənc Jurnalistlər Klubu” xəbər agentliyi Azərbaycan Respublikasına qarşı yalan ittihamlar səsləndirərək, İran rəsmilərinin “şiələrə qarşı basqılar” barədə yalan iddialarını təkrar edib.

İran saytı yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev İran rəhbərliyinə 20 nəfərlik siyahı təqdim etmişdi. Bu cavabsız qaldıqdan bir müddət sonra Kamran Əliyev siyahıya daha 21 nəfər artıraraq sayı 41 çatdırıb. Sayt yazır ki, bu dəfə də Azərbaycanın istəyi cavabsız qalacaq

İranın terrorçu təşkilatının saytı daha sonra Azərbaycan dövlətinin 41 nəfəri İrandan tələb etməsinin qorxudan irəli gəldiyini iddia edərək, yazır ki, Azərbaycanın bu tələbinə də önəm verilməyəcək.

Həmçinin yoxlayın

Mühacir kürdlər qədim Azərbaycan diyarı Qəzvində azərbaycanlıları hədələdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejim təkcə Güney Azərbaycanın …

Fars irqçiliyinə məruz qalam türkmən futbolçunu Günbəd Kavusda türmənlər coşqu ilə qarşıladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinə məruz qalam türkmən futbolçu Sərdar Azimunu …