Cümə , Dekabr 27 2024
azfa

İran Ermənistanın təhlükəsizliyi üçün xüsusi ittifaq yaradır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, erməni politoloq Ara Poqosyan İran Ermənistanın təhlükəsizliyi üçün xüsusi ittifaq yaratmaq istədiyinə toxunaraq deyib ki, Çin, Hindistan və İran İrəvan üçün “təhlükəsizlik yastığına” çevrilə bilər.

“Ən azı iki “üçbucaq” mümkündür: Ermənistan-İran-Hindistan və Ermənistan-İran-Çin. Bu, kifayət qədər uğurlu ola bilər. Ən əsası isə bu əməkdaşlıq Rusiyanın müqaviməti ilə üzləşməyəcək, çünki bu əməkdaşlıq Rusiya maraqlarına ziddiyyət təşkil etməyəcək.

Bu, İrəvanın KTMT tərəfdaşları ilə münasibətlərinin soyuması fonunda xüsusilə aktualdır – xüsusən ölkənin KTMT daxilində mövcud təhlükəsizlik sisteminə alternativi olmadığı üçün. Ölkədəki bəzi qərbyönlü qüvvələrin Ermənistan və regionun digər dövlətləri üçün ümid bəslədiyi NATO-ya gedən yol əslində Türkiyədən keçir. Gələcəyə ümidini bu hərbi alyansa bağlayan hər kəs bunu nəzərə almalıdır. Bu mənada Türkiyənin aydın strategiyası var və o, milli dövlət maraqlarını, məsələn, hansısa “sülh epoxası” adı altında qurban verməyə hazır olan ölkələrdən deyil. Türkiyə üçün “sülh epoxası” yox, milli məqsədlərin həyata keçirildiyi dövrdür”, – Poqosyan bildirib.

O iddia edib ki, Ərdoğan bölgəni türk rənglərinə boyamaq və Osmanlı İmperiyasını bərpa etmək üçün iddialı planlar qurur:

“Bunun birinci şərti türk dünyası ilə birləşmək olmalıdır. Türkiyə Ermənistanı türk dünyasını parçalayan “paz” kimi görür. Böyük Turan ideyası Qərb üçün də faydalıdır. Üstəlik, bu ideya Çinin yüksəlişini cilovlamaq üçün illər ərzində Qərb ölkələri tərəfindən gücləndirilib.

İndi Rusiya-Çin-İran üçtərəfli əməkdaşlığının formalaşması aktiv fazaya qədəm qoyub, Türkiyənin Qərb üçün dəyərinin daha da artacağını görəcəyik”.

Həmçinin yoxlayın

Salmas düzündə torpaq çökməsi təhlükəli həddə çatıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan Regional Su Təsərrüfatı İdarəsinin yeraltı su …

Təyyarı qəzasının araşdırılması üçün Türkiyə mütəxəssisləri cəlb edildi

GADTB: AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra aparılan araşdırmalara Türkiyə ekspertləri də cəlb olunub. Azərbaycan araşdırmaların …