GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbriz Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətinin dayandırılmasına qərar verib.
Rejim bununla bağlı mərkəzin üzvlərinə qarşı təzyiq göstərib.
Təbriz Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin bu barədə sosial media hesabında məlumat yayıb.
Molla rejimi artıq ciddi şəkildə Azərbaycanşünaslıq Mərkəzinin üzvlərinə təzyiq göstərir və mərkəzin Təbrizdən olan iki üzvü, öyrənci hərəkatı fəalları Hadi Heydəri Azad və İbrahim Əhmədpur isə fevralın 27-də həbs olunublar.
Mərkəzin paylaşımda yazılıb: “Təbriz Universitetinin hər yeri Azərbaycanşünaslıq Mərkəzidir”.