Şənbə , İyun 13 2026
azfa

İran rejimi Kəleybərdə azərbaycanlı fəal Siyamək Qaradağlını həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin məmurları iyulun 1-də Kəleybərdə azərbaycanlı fəal Siyamək Qaradağlını həbs ediblər.

Azərbaycanlı milli-mədəni fəal iyulun 1-də İranın ETTELAAT qüvvələri tərəfindən Kəleybərdə yaxalandıqdan sonra, rejimin Təbrizdə yerləşən ETTELAAT İdarəsinin təcridxanasına köçürülüb.

Həbsindən bir neçə gün sonra ailəsi ilə qısa müddətli telefon əlaqəsi saxlayan Qaradağlı bildirib ki, iyulun 16-da prokurorluğa aparılıb və daha sonra yenidən təcridxanaya qaytarılıb. Qeyd edək ki, Güney Azərbaycanın Əhər şəhərindən olan azərbaycanlı fəal Təbrizdə yaşayır və elektrik mühəndisliyi fakültəsini bitirib.

Həmçinin yoxlayın

“Savalan qonur ayının evidir” şüarı ilə ekoloji yürüş keçirilib

GADTB: Ətraf mühit həftəsi münasibətilə Savalan dağı ətrafında “Savalanın qonur ayı tərəfdarları” adlı dağ yürüşü …

Molla rejimi Evin həbsxanasında siyasi məhbusların telefon əlaqəsinə maneə yradıb

GADTB: Evin həbsxanasından daxil olan məlumatlara görə, siyasi və vicdan məhbuslarının həbsxanadan kənarla telefon əlaqələrinə …