Cümə , İyun 12 2026
azfa

İran rejiminin cinayətlərini araşdıran xalq məhkəməsi 2019-cu ilin noyabr qətliamını araşdırır

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”-a istinadən yaydığı məlumata görə, 2019-cu ilin noyabr etirazlarında İranda kütləvi xalq etirazlarında hökumət tərəfindən dinc vətəndaşların öldürülməsi və işgəncələrə məruz qalmasının araşdırılması ilə bağlı Londonda yaradılmış məhkəmə 130-dan çox İran dövlət rəsmisinin və onların insanlığa qarşı törədə biləcəyi cinayətləri onlarla şahidin izahatı ilə araşdırmağı planlaşdırır.

Sözügedən məhkəmədə 45 şahidin çıxışı ilə Əli Xamenei və İbrahim Rəisi də daxil olmaqla İran liderləri ilə bağlı məsələ də araşdırılacaq.

“Aban məhkəməsi” kimi də tanınan bu məhkəmə son hökmü verməzdən öncə 2022-ci ilin əvvəllərinə qədər daha 120 şahidin də dindiriləcəyini qeyd edib.

Sözügedən məhkəmə “İrana Ədalət”, “İran İnsan Hüquqları” və “Edama Qarşı Birlikdə” təşkilatları tərəfindən 10-14 noyabr tarixləri ərzində keçiriləcək.

İranın Xorrəmabad zindanında Fatimə Xoşru adlı məhkum zindanın 5 nəfər kişi nəzarətçisi tərəfindən cinsi zorakılığa məruz qaldıqdan sonra qorxusundan İran televizyonuna saxta etirafla guya Amerikanın casusu olduğunu deyib.

Qeyd edək ki, 1398-ci il aban (2019 noyabr) etirazları ilkin olaraq, ölkədə yanacağın qiymətinin qəfil və kəskin artımına etiraz olaraq başlayıb və daha sonra kütləvi xarakter alıb. Etirazlarda hökumət tərəfindən yüzlərlə insan öldürülüb, cəsədləri isə çaylara atılıb.

Həmçinin yoxlayın

Dünya Bankı İran müharibəsi səbəbindən iqtisadi artımın ən zəif səviyyəyə enəcəyi barədə xəbərdarlıq edib

GADTB: Dünya Bankı hazırda davam edən İran müharibəsinin qlobal iqtisadi artımı COVID-19 pandemiyasından bəri ən …

Qərbi Azərbaycanda elektrik çatışmazlığı nəticəsində 208 idarə işıqsız qalıb

GADTB: İranda elektrik çatışmazlığı böhranının yenidən başlaması ilə eyni vaxtda Qərbi Azərbaycan əyalətində 208 idarəyə …