Çərşənbə axşamı , May 19 2026
azfa

İran rejiminin törətdiyi ekoloji fəlakət: Urmiya gölünü qurtarmağa su qalmayıb

 

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, İran rejiminin müstəmləkəçi siyasəti nəticəsində Güney Azərbaycanda ekoloji fəlakət baş vermiş və ekspertlərin bildirdiyinə görə, artıq Urmiya gölünü qurtarmağa su qalmamışdır. Mövcud olan su isə İran rejiminin istəyi ilə kürdlərin  əkinçiliyi və digər ehtiyaclarının ödənilməsi üçün su bəndlərinə toplanır.

Məlumata görə, yaxın keçmişdə göldə 30 milyard kubmetr su mövcud idi. Hətta 13 milyard kubmetr su ilə gölün təbii tarazını sabitləşdirmək mümkün olsa da, indi bu da mümkün deyil. 30 milyard kubmetr su isə Urmiya gölü ilə birlikdə gölün ətrafındakı su bəndlərində də artıq mövcud deyildir. Lakin buna baxmayaraq, irqçi fars hakimiyyəti 2018-ci ilin dövlət büdcəsində Urmiya gölünün bərpasına heç bir vəsait ayırmamışdır.

Rejimin Urmiya gölünə laqeydliyini görən Urmiyanın millət vəkili R.Həzrətpur təklif etmişdir ki, Türkiyənin Van gölündən Urmiya gölünə su çəkilsin.

Qeyd edək ki, İran adlanan ölkə Azərbaycanla düşmənçilik məqsədilə Urmiya gölünü qurudaraq, Güney Azərbaycanı xarabaya çevirməyə çalışıb. Məqsəd isə Azərbaycan türklərini fars bölgələrə köçürüb onların assimilyasiyasına şərait yaratmaqdır.

Həmçinin yoxlayın

İran ABŞ Hərbi Hava Qüvvələrinin uçuş taktikalarını təhlil edib və mümkün zərbəyə hazırlaşır

GADTB: “The New York Times” ABŞ rəsmilərinə istinadən xəbər verir ki, İranın hərbi komandanlığı Vaşinqtonun …

Təxminən 3 min yük maşını 20 gündən çoxdur Türkiyə sərhəddində çıxış növbəsində qalıb

GADTB: Hazırda təxminən 3 min yük maşınının 20 gündən artıqdır ölkədən çıxış üçün sərhəd keçid …

Bir cavab yazın