Çərşənbə axşamı , May 19 2026
azfa

İran Rusiya raketi ilə buraxılacaq “Xəyyam” peyki vasitəsilə Rusiyaya casusluq edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya İranın “Xəyyam” peykindən istifadə edərək Ukraynada casusluq etmək niyyətindədir. Bu barədə “Vaşinqton Post” məlumat yayıb.

“Rusiya İrana Ukraynadakı hədəfləri izləmək üçün peykdən müstəqil istifadə etmək niyyəti barədə məlumat verib. Peyk avqustun 9-da Baykonur Kosmodromundan “Soyuz” raketindən istifadə edilərək orbitə buraxılacaq. Rusiya “Xəyyam” üçün mühüm obyektləri demək olar ki, fasiləsiz izləməyə imkan verən yüksək ayırdetmə qabiliyyətinə malik Kanopus-V sisteminin qurulmasına razılıq verib. Peyk vasitəsilə Tehran da bütün Yaxın Şərqi izləyə biləcək”, – məlumatda bildirlir.

Həmçinin yoxlayın

İranın səbəb olduğu neft fəlakəti Xargdan Küveytədək körfəzdə dəniz canlılarını məhv edir

GADTB: Neft sızmaları və geniş yayılmış çirklənmə artıq İran sularını aşaraq, sosial şəbəkələrdə yayılan görüntülərə …

Ərəb ölkələri Təhlükəsizlik Şurasında Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı yeni qətnamə irəli sürür

GADTB: Körfəz ölkələri son hadisələr fonunda Hörmüz boğazında gəmiçilik azadlığı ilə bağlı qətnamə layihəsini Birləşmiş …