Bazar ertəsi , May 11 2026
azfa

İran ruslarla yana.; Ermənistanla birgə PUA təlimləri keçirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Iran;n terror t’.kilat; olan Sepah-ın Aerokosmik Qüvvələri Kaşan aviabazasında Ermənistan, Rusiya və Belarusla birgə PUA təlimlərinin keçirildiyini təsdiqləyib.

“Fars News”un xəbərinə görə, təlimlərdə Rusiya və Belarus da iştirak edib. Həmin təlimlərin sözçüsü Əli Bilali bu təlimlərin “Beynəlxalq Hərbi Yarışlar 2022” çərçivəsində olduğunu qeyd edib.

O, Kaşanda PUA təlimlərinin bu gündən “elektrikli və porşenli mühərriklər” sahəsində təşkil olduğunu və 12 gün müddətində davam edəcəyini bildirib.

Bundan əvvəl Amerika rəsmiləri mediaya verdiyi müsahibədə bildirmişdilər ki, İran bir neçə həftə əvvəl bu ölkədə İranın pilotsuz döyüş təyyarələrindən istifadə etmək üçün Rusiya qüvvələrinə təlim keçib.

Daha öncə Amerika rəsmiləri xəbərdarlıq etmişdilər ki, Rusiya Ukraynadakı müharibədə İranın döyüş pilotsuz təyyarələrindən istifadə etməyə çalışır.

Qeyd edək ki, İranın Ermənistana PUA-lar sahəsində təlim keçməsi əslində Azərbaycana qarşı İranın düşmənçiliyi ilə bağlıdır.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …