Çərşənbə , İyun 17 2026
azfa

İrana gələn Rusiya nümayəndələri İran dronları ilə işləmək üçün təlim keçirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, CNN telekanalının amerikalı rəsmiyə istinadən yaydığı xəbərə görə, əldə olunan məlumatlar rusiyalı nümayəndələrin son həftələrdə İranın pilotsuz uçaqları ilə işləmək üçün İranda təlim keçdiklərini göstərir.

Amerika rəsmisi bu təlimləri İranın insansız uçaqlarını Rusiyaya satmaq planının bir hissəsi adlandırıb.

Onun dediyinə görə, təlimlərin keçirilməsi ilə bağlı məlumatların məxfiliyi son vaxtlar aradan qaldırılıb.

Xatırladaq ki, bir sıra Amerika rəsmiləri son həftələrdə Ukraynaya qarşı müharibədə istifadə etmək məqsədilə Rusiyaya İran istehsalı dronların göndərilməsi ilə bağlı xəbərdarlıq ediblər.

Həmçinin yoxlayın

ABŞ-la İran arasında razılaşma BMT-də təsdiqlənəcək

GADTB: “Bloomberg” ABŞ və İran arasında müzakirə olunan 14 maddəlik anlaşma memorandumunun layihəsini dərc etdiyini …

ABŞ İrana qarşı əməliyyatlarda hansı məqsədlərə nail oldu?

GADTB: Reuters agentliyi analitik hesabatında ABŞ prezidenti Donald Trampın İran İslam Respublikasına qarşı müharibə ilə …