İranın etirazlardan sonra Ərdəbildə həbs etdiyi azərbaycanlı fəalların vəziyyətindən məlumat verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin son günlər Ərdəbildə həbs etdiyi azərbaycanlı milli fəalların vəziyyətindən məlumat almaq mümkün olmur.

Ona görə də fəalların ailələrinə onların sağlıq durumu barədə dəqiq məlumat verilmir. Bu isə fəalların ailələrinin narahatlığına səbəb olub.

Yaxalanan fəallardan biri Səid Sadiqifər sentyabrın 28-də ailəsi ilə qısa telefon danışığı zamanı bir neçə saniyədən sonra telefon əlaqəsi kəsilib.

Sadiqifərin ailəsi deyib ki, o telefonda ağrılardan əziyyət çəkdiyini dediyi zaman telefon danışığı kəsilib və onun ağrıları zindanda döyüldüyü ilə bağlıdır.

Yaxalanan başqa fəal Əsgər Əkbərzadənin ailəsi də, onun xəstə olduğu üçün davamlı olaraq dərman qəbul etdiyini, ancaq Ərdəbil zindanı rəhbərliyinin dərmanların fəala çatdırılmasına icazə vermədiyini bildirirlər. 

Həmçinin yaxalanan azərbaycanlı fəallar Meysəm Colani və Möhsün Möhsünzadənin isə saxlanıldıqları zaman döyüldükləri və ağır bədən xəsarətləri ilə aparıldıqlarına baxmayaraq, barələrində məlumat almaq mümkün olmayıb.

Həmçinin yoxlayın

Molla rejimi tarixi Azərbaycan ərazisi Mərkəzi əyalətdə daha 75 nəfərin əmlakını  müsadirə edib

GADTB: Molla rejimi müxaliflərin əmlaklarını müsadirə etməsi və dondurması ilə bağlı tədbirlərin davam etdiyi bir …

Urmiya gölünün səviyyəsinin ötən illə müqayisədə artdığı iddia edilir

GADTB: Şərqi Azərbaycan Regional Su Şirkətinin baş direktoru və Urmiya Gölünün Bərpası Qərargahının üzvü Yusif …