Çərşənbə , İyul 29 2026
azfa

İranın qarışdırdığı Yəməndə bir neçə ayda 2 mindən çox insan vəbadan ölüb

GADTB-nin mətbuat mərkəzinin AZƏRTAC-a istinad edərək yaydığı məlumata görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının Cenevrədə təşkil etdiyi mətbuat konfransında Dünya Səhiyyə Təşkilatının nümayəndəsi Fadela Chaib məlumat verib. Onun sözlərinə görə, Yəməndə, ümumiyyətlə, 908 mindən çox insanda vəba xəstəliyinə yoluxma halları aşkarlanıb.

Məlumta görə, Yəməndə iki ildən çoxdur ki, davam edən silahlı qarşıdurmalar səbəbindən təxminən üç milyon insan təmiz su tapa bilmir, həmçinin tullantıların vaxtlı-vaxtında yığışdırılmaması epidemiyanın yayılma riskini artırır.

Qeyd edək ki, Yəməndə İran rejiminin husiləri dəstəkləməsi nəticəsində daxili müharibə davam edir. Ona görə də indiyədək on minlərlə insan məhv edilib.

Həmçinin yoxlayın

Siyamək Mirzayinin həbs müddəti uzadılıb; girov qarşılığında azadlığa buraxılacağı ilə bağlı vəd yerinə yetirilməyib

GADTB: Siyamək Mirzayinin ailəsinə yaxın mənbələrdən daxil olan məlumata görə, azərbaycanlı fəal barəsində bir aylıq …

SEPAH xüsusi təyinatlı qüvvələri İranın qərb sərhədlərinə göndərib

GADTB: SEPAH-a bağlı media hesabı X sosial şəbəkəsində yayımladığı məlumatda bildirib ki, İraq ərazisindən silahlı …