İrqçi fars rejim ABŞ-a qarşı hədələr səsləndirsə də bu ölkənin rəhbərliyinə məktub göndərdiyini etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim ABŞ-a qarşı hədələr səsləndirsə də bu ölkənin rəhbərliyinə məktub göndərdiyini rejimin BMT-dəki nümayəndəsi etiraf etdi.

İranın BMT-dəki xüsusi nümayəndəsi Məcid Taxt-Rəvançı bu barədə məlumat verərək terrorçu İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı “Əl-Qüds” briqadasının komandiri, general Qasım Süleymaninin öldürülməsini “qanunsuz hərəkət” və “təcavüzkar akt” adlandırıb.

Tramp Administrasiyasının dialoqa inanmadığını qeyd edən Məcid Taxt-Rəvançı buna baxmayaraq, Q. Süleymaninin ölümündən sonra ABŞ və İran arasında İsveçrə səfirliyi vasitəsilə ilə məktub mübadiləsi olduğunu deyib.

İranlı rəsmi bu məktubların detallarını açıqlamaqdan imtina edib. O əlavə edib ki, Q. Süleymaninin öldürülməsinə rəsmi Tehran “sərt qisas”la cavab verəcək.

Həmçinin yoxlayın

Marağada yanğın zamanı 13 yanğınsöndürən xəsarət alıb

GADTB: Dünən Marağa sənaye şəhərciyində yerləşən mühərrik yağı istehsalı zavodunda baş verən genişmiqyaslı yanğın tam …

Molla rejimi körfəzdən keçən gəmilərdən qazanc məqsədilə Hörmüz boğazı üçün “Hormuz Safe” sığorta saytını açıb

GADTB: İran Hörmüz boğazından keçən gəmilər və dəniz yükləri üçün nəzərdə tutulmuş yeni ixtisaslaşmış sığorta …

Bir cavab yazın