Bazar ertəsi , İyun 16 2025
azfa

İrqçi fars rejim azərbaycanlı yeniyetmə Salar Əfşarı bir il həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Urmiyadakı məhkəməsi azərbaycanlı yeniyetmə Salar Tahir Əfşarı şərləyərək bir il həbsə məhkum etdi.

Rejimin məhkəməsinin hakimin avqust ayının 19-da keçirilən məhkəmə iclasında azərbaycanlı fəala danışmaq icazəsi verməyib.

Salar Əfşara bundan önə götürülən şəxsi əşyalarını almaq üçün Urmiyada məhkəməyə müraciət etdiyi zaman ona həbs qərarının olduğunu bildiriblər.

Həmçinin Salar Əfşarın vəkili də onun hüquqlarını müdafiə edə bilməyib, iş məhkəmənin qərarı ilə vəkildən geri alınıb.

İrqçi fars rejimin Urmiyadakı məhkəməsinin məsulları bildiriblər ki. “təhlükəsizliklə bağlı yazılı hökm kimsəyə verilmir”. Onlar fəalın 1 illik həbs cəzası hökmünü yazılı olaraq elan etməkdən imtina ediblər.

Qeyd edək ki, irqçi fars rejimin məmurları Babəkin doğum günü ilə əlaqədar keçirilən Babək Qalası Qurultayı günlərində Urmiya şəhərində iyulun 7-də şokolat paylayan 17 yaşlı azərbaycanlı fəal Salar Əfşarı yaxalamışdı.

İrqçi fars rejimin məmurları həmçinin Salar Tahiri Əfşarın ata evinə hücum edib, ailə üzvlərini qorxutmuş və əllərində evdə axtarışa dair məhkəmə hökmü olmadan axtarış aparmış və fəalın kitabları, eləcə də əşyalarını, o cümldən mobil telefonunu zəbt etmişdilər.

Həmçinin yoxlayın

Tehran və Kərəcdə Xaməneiyə ölüm şüarı səsləndirilib- Video

GADTB: Bir sıra şəhərlərdə İsrail-İran müharibəsinin əsas səbəbkarı olan Əli Xameneiyə qarşı şüarlar səsləndirilib. Gecə …

İsrail Güney Azərbaycan şəhərlərində İranın hərbi obyektlərinə hücumlarını davam etdirir- Video

GADTB: İsrail gecədən səhərə kimi Güney Azərbaycan şəhərlərində İranın hərbi obyektlərinə müxtəlif hücumlar həyata keçirib. …

Bir cavab yazın