Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

İrqçi fars rejim hakerlərini diktator Maduronun yardımına göndərdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran mütəxəssisləri Venesuelanın Elektrik Enerjisi üzrə Milli Korporasiyasının nümayəndələri ilə görüşüblər.

Bunu jurnalistlərə açıqlamasında Venesuela vitse-prezidenti Delsi Rodriqes deyib. O, İran nümayəndə heyətinin ölkədə elektrik enerjisi istehsal edən digər şirkətlərlə də görüşdüyünü bildirib.

Qeyd edək ki, bundan öncə Venesuelanın elektrik sisteminə genişmiqyaslı kiber hücum olub. Nəticədə ölkənin böyük hissəsi elektrik kəsintisinə məruz qalıb. Venesuela kiberhücumda ABŞ-ı ittiham edib.

Venesuela Prezidenti Maduro bundan sonra enerji sisteminə kiberhücumun araşdırılması üçün İran, Çin, Rusiya və Kubadan olan beynəlxalq ekspertlərdən yardım istənilməsi gərəkdiyini bildirib.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın