Bazar , Oktyabr 25 2026
azfa

İrqçi fars rejim nüvə sazişindən çıxmaqla intihar edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim bazar günü 2015-ci il dünya qüdrətləri ilə imzalanmış nüvə sazişinə dair təəhhüdlərindən geri çəkilmək istiqamətində daha bir addım ataraq, məhdudiyyət qoyulmadan uran zənginləşdirəcəyini bildirib. Lakin rəsmi Tehran BMT-nin nüvə agentliyi ilə əməkdaşlığı davam etdirəcəyini bəyan edib.

Rejimin Dövlət televiziyası İranın müqavilədə ölkənin nüvə fəaliyyətlərinə qoyulmuş hər hansı məhdudiyyətə əməl etməyəcəyini bildirib. Buraya uran zənginləşdirilməsi üçün lazım olan sentrifuqların sayı, uranın zənginləşdirildiyi səviyyə və İranın nüvə tədqiqatları və inkişafı istiqamətində fəaliyyətləri üçün müəyyən edilmiş məhdudiyyətlər daxildir.

“İran məhdudiyyət olmadan və özünün texniki ehtiyaclarına uyğun olaraq nüvə zənginləşdirilməsinə davam edəcək” – deyə, dövlət televiziyasında hökumətin bəyanatına istinadən bildirilib.

İran Birləşmiş Ştatların 2018-ci ildə beynəlxalq sazişdən çıxması və Vaşinqtonun İranın neft ticarətinə əhəmiyyətli zərər vuran sanksiyaları bərpa etməsinə cavab olaraq, nüvə fəaliyyətlərinə qoyulmuş məhdudiyyətləri qətiyyətlə aşmağa davam edir.

Tehran sanksiyaların götürüldüyü halda, bu pozuntuları tez zamanda aradan qaldıra biləcəyini bildirib.

İranın nüvə sazişi ilə bağlı atılan son addımını bu həftə sonu açıqlayacağı gözlənilirdi. Lakin Tehranın bunu elan etməsi İranın yüksək səviyyəli komandiri Qasım Süleymaninin cümə günü Bağdadda ABŞ-ın dron hücumu nəticəsində öldürülməsindən sonra gərginliyin artdığı bir zamana təsadüf edir.

2015-ci ildə dünya qüdrətləri və İran arasında imzalanmış razılaşmaya əsasən, Tehran beynəlxalq sanksiyaların aradan qaldırılması müqabilində nüvə fəaliyyətlərinin məhdudlaşdırılması haqda öhdəliklər götürmüşdü.

Prezident Donald Trampın müqavilədən çıxması ABŞ və İran arasında münasibətlərdə gərginliyin daha da artmasına səbəb olub. Müqaviləyə imza atmış Avropa ölkələri razılaşmanı xilas etməyə cəhd göstərsə də, İran onların kifayət qədər iş görmədiyini bildirib.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın