Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

İrqçi fars rejim türkmənləri ölümlə üz-üzə qoydu – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimi ayrı-seçkilik və düşmənçilik siyasəti ilə türkmənləri ölümlə üz-üzə qoyub.

İrqçi fars rejimin işğalı altında olan Güney Türkmənistanda kəskin yağışlarda dövlətin tikdiyi su bəndlərini doldurmaq üçün bütün Güney Türkmənistanı (Türkmənsəhranı) su və daşqın altında qoyub. Bəndləri qəsdən nəzarətsiz buraxan İran adlanan dövlətin kütləvi informasiya vasitələri isə yaşanan insani faciəni baykot edib, heç bir xilasetmə əməliyyatı aparılmayıb.

Rejimin daha dəhşətli faciəyə çevrilməsinə səbəb olduğu bu təbii fəlakət nəticəsində türkmənlər ölüm təhlükəsi ilə qarşı-qarşıya qalıb. Güney Türkmənistanın su altında qalmasından əlavə rejimin tikdiyi su bəndləri də açılıb buraxılmadığı üçün divarları çatlayıb və daha böyük təhlükə yaranıb.

Həmçinin yoxlayın

Yürüş Mehrəlibəyli və Əli Babayi Təbriz həbsxanasında uyğun olmayan kameralara köçürülüblər

GADTB: Yürüş Mehrəlibəyli ötən həftə karantin kamerasına, Əli Babayi isə detoksikasiya bölməsinə köçürülüb. Mənbələrin verdiyi …

Nəsir Rəzmcu Ərdəbildə evinə ETTELAAT əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Nəsir Rəzmcu bu gün, çərşənbə axşamı, 27 oktyabr 2026-cı il səhər saatlarında …

Bir cavab yazın