İrqçi fars rejimi düşmənçilik etdiyi qonşu ölkələrin köməyinə göz tikib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-ın sanksiyaları irqçi və işğalçı fars rejimini hər zaman düşmənçilıik etdiyi qonşu ölkələrə yaxınlaşdırıb. Rejim artıq Türkiyə, Azərbaycan Respublikası, İraq və s. qonşu ölkələrlə özünü dost ölkə göstərməyə çalışır.

Artıq Tehran və Bağdad iki ölkə arasındakı ticarət əlaqələrində dollardan imtina etməyə belə razılaşıblar.

İran-İraq Ticarət Palatasının sədri Yəhya İsaq bu barədə məlumast verərək deyib ki, iki ölkənin ticarət əlaqələrində avro, rial və İran dinarından istifadə edilir:

“İran İraqa qeyri-neft satışından başqa ixracı 8 milyard dollardır. Buna baxmayaraq, banklar arasındakı pul transferi olduqca aşağı səviyyədədir. Banklarla bağlı problemlərin həll olunması İranın əsas iqtisadi vəzifəsidir. İki ölkə arasında ortaq bank yaradılması üçün bu problemlər aradan qaldırılmalıdır”.

İran adlanan ölkə hətta ABŞ-la birlikdə İraqda mayın 12-də keçirilən seçkilərdən sonra qurulacaq yeni hökumətdə nüfuz sahibi olmaq üçün yarışa girib.

ABŞ prezidenti Donald Trampın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Bret Mak Kurkun İraqda yeni hökumətin qurulması axtarışları çərçivəsində ölkənin fərqli kəsimləri ilə tez-tez bir araya gəlməsi xarici müdaxilənin olmasına qarşı çıxan iraqlıların reaksiyasına səbəb olub.

İran tərəfdarları isə ABŞ-ın müdaxiləsi ilə qurulacaq hökumətin iki aya devriləcəyini bildirib.

 

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın