GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi Qəzvin sakini olan azərbaycanlı öyrənci Yaşar Darüşşəfadan heç bir xəbər yox.
Qeyd edək ki, Qəzvin sakini olan azərbaycanlı öyrənci Yaşar Darüşşəfa Tehranın Reabilitasiya Elmləri Universitetinin doktorantıdır.
Həmin azərbaycanlı fəal noyabr etirazları zamanı öyrənci yataqxanasında rejimin məmurları tərəfindən yaxalanmışdır və bir aydan artıq vaxt keçməsinə baxmayaraq hələ də onun sağlıq durumu və ümumiyyətlə vəziyyətindən heç bir məlumat yoxur.