Çərşənbə , İyun 24 2026
azfa

İrqçi fars rejimin iqtisadi çöküşünə görə əhali Türkiyəyə qaçır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son illər ərzində irqçi və işğalçı fars rejiminə iqtisadi çöküşə görə Türkiyəyə qaçan əhalinin sayı kəskin artıb.

İrandan Türkiyəyə axın edənlərin sayı artıb.

“Middle East Eye” yazır ki, son illər xüsusilə gənclər, ailələrinin bütün səylərinə rəğmən, Türkiyəyə ömürlük köçmək istəyirlər.

“Uzun illər ərzində çalışaraq pul toplayan iranlılar arasında da Türkiyəyə köçmək istəyənlərin sayı kifayət qədər çoxdur. İranda İslam İnqilabından (1979-cu il) bu yana təxminən 2 milyon insan Türkiyəyə qaçıb. Hazırkı iqtisadi, dini və sosial səbəblər isə köçün daha da artmasına şərait yaradır.

Əhali Türkiyəyə daha çox oxumağa, yeni iş qurmağa və ya daşınmaz əmlaka yatırım etməyə gedirlər. Son iqtisadi böhran köç dalğasını daha da sürətləndirib. Türkiyə Statistika İnstitutunun məlumatına görə, iranlılar tərəfindən Türkiyədə satın alınan mülk sayı 2017-də 792 idisə, cari ilin ilk altı ayında 944-ə çatıb”, – məqalədə bildirilib.

 

Həmçinin yoxlayın

Təbriz Maşınqayırma Qrupunun 1600 işçisi ödənilməmiş əmək haqlarına görə tətilə başlayıb

GADTB: Təbriz Maşınqayırma Qrupu müəssisəsinin 1600 işçisi çərşənbə axşamı, 2 tir tarixində əməkhaqlarının ödənilməməsinə etiraz …

Tramp Senatda müharibənin dayandırılması layihəsinin qəbulunu tənqid edib

GADTB: ABŞ prezidenti Donald Tramp Senatda müharibənin dayandırılması ilə bağlı layihənin qəbul edilməsinə münasibət bildirərək …

Bir cavab yazın