Şənbə , Sentyabr 7 2024
azfa

İrqçi fars rejimin işğalçı Ermənistanla strateji əməkdaşlığına etiraf

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin işğalçı Ermənistanla strateji əməkdaşlığına ermənilərin özləri də etiraf edib.

“Armnyus” televiziyasına müsahibəsində erməni politoloq Ara Papyan məsələyə etiraf edərək deyib ki, Qərb bizim geosiyasi vəziyyətimizi anlayır və bizimlə yumşaq davranır.

O, irqçi fars rejimin prezidenti Həsən Ruhaninin iqtisadi proqramlarının Ermənistan üçün vacib olduğunu bildirib.

Papyan, həmçinin, Avrasiya İttifaqının “iqtisadi birlik” adlandırılsa da, siyasi təşkilat olduğunu deyib:

“Bu, Rusiyanın keçmiş SSRİ ölkələrini nəzarətdə saxlamaq cəhdləridir. Vahid valyutaya keçid perspektivi təkcə suverenliyi əhəmiyyətli dərəcədə itirmək deyil, biz bunun sayəsində həmçinin digər ölkələrdən, xüsusilə də rubldan asılı olacağıq”.

O, İranın Ermənistanda təsirini artırmasına ABŞ-ın göz yumduğunu və bunu Ermənistanda Rusiya təsirinə qarşı mübarizə kimi baxdığını deyib:

“ABŞ Rusiyanın Cənubi Qafqazda təsirini maksimal şəkildə zəiflətmək istəyir. ABŞ üçün Ermənistanın suverenliyinin güclənməsi Rusiya təsirinin zəifləməsidir”.

Həmçinin yoxlayın

Səid Minai Tehran İnqilab Məhkəməsinə çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəal Səid Minai İnstaqram səhifəsində hakim Sələvati …

Molla rejimi ermənidən çox Azərbaycanala düşmən olduğu Zəngəzur dəhlizi məsələsində sübut edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi ermənidən çox Azərbaycanala düşmən olduğu …

Bir cavab yazın