Cümə , Oktyabr 23 2026
azfa
Qaynar xəbər

İrqçi fars rejimin məclisində 15-ci maddənin icra olunacağı iddia olunur

GADTB-nin Mətbuat Mərkəzinin Aznews.tv-yə istinadən yaydığı məlumata görə, irqçi fars rejimin məclisində Təhsil və Araşdırmalar Komissiyasının sözcüsü Konstitusiyanın 15-ci maddəsinin icrası və məktəblərdə “yerli dillər”in tədrisi ediləcəyi ilə bağlı  qanun layihəsininin hazırlandığını iddia edib. O deyib ki, layihənin icrası üçün hökumətə möhlət verilib.

İddia olunan qanun layihəsinə görə, fərqli etniklərə sahib müxtəlif vilayətlərdə sözügedən qanun layihəsinin həyata keçirilməsi üçün hökumətə son möhlət verilib. Son müddət o deməkdir ki, hökumət, müxtəlif vilayətlərdə yerli ədəbiyyatın tədris qaydasını müəyyən etmək üçün altı ay müddətində qanun maddəsinin icra mexanizmini və müvafiq əsasnaməni hazırlamalıdır.

Ana dilində təhsil İranda müasir təhsilin tədris edildiyi 177 il ərzində əməl olunmayan hüquqlardan biridir. Son 40 ildə İran İslam Respublikasının Konstitusiyasına əsasən və beynəlxalq razılaşmalara uyğun olaraq İran ana dilində təhsil proqramlarını həyata keçirməklə bağlı öhdəlik götürüb, lakin faktiki olaraq, bu qanunu həyata keçirməkdən imtina edib.

Mirzadənin sözlərinə görə, bəzi qeyri-müəyyənliklər 40 ildən sonra bu qanun maddəsinin hələ də icra edilməməsinə gətirib çıxarıb: “Məsələn, bəzi vilayətlərdə bir neçə etnik var, həmin vilayətlərdə hansı yerli ədəbiyyatın və hansı dildə tədris olunması məlum deyil. Əgər meyar, vilayətdə etnik çoxluqdursa, sual budur ki, digər etnik qruplardan olan şagirdlərlə bağlı vəziyyət necə olacaq? Daha bir qeyri-müəyyənlik budur ki, yerli ədəbiyyatın tədrisinin məktəblərdə başqa bir dərslə əvəz edilməsi və ya həmin fənnin tədrisi üçün əlavə vaxt nəzərdə tutulacaq? “Yerli dillər hansı tədris planına, yəni ibtidai, orta və lisey proqramına salınacaq və ya həmin dillərin tədrisi üçün ayrıca müəllim var, əks halda yerli ədəbiyyatın tədrisi üçün xüsusi müəllim yetişdirilməlidir”.

Qeyd edək ki, İran adlanan ölkədə əhalinin təxminən yarısı türklərdən ibarətdir. Üstəlik ərəb, bəluç, lor, kürd və s. etniklər də bu ölkədə türklər kimi öz hüquqlarından məhrumdurlar.

Həmçinin yoxlayın

Molla rejimi məcburi hicaba qarşı çıxanları sıxışdırdığı və milyonlarla türkün ana dilində təhsil hüququnu məhdudlaşdırdığı halda, Azərbaycan Respublikasından hicablı qızları universitetlərində təhsil almağa dəvət edir – Video

GADTB: İranın elm naziri video paylaşaraq Azərbaycan Respublikasından hicablı qızları İran universitetlərində təhsil almağa dəvət …

Quluncu kəndində tarixi türkcə məhəllə adları bərpa edilib

GADTB: Quluncu kənd bələdiyyəsi kəndin məhəllələrinə aid çoxsaylı tarixi türk adları küçələrdə quraşdırılan lövhələrdə əks …

Bir cavab yazın