Çərşənbə , İyul 29 2026
azfa

İrqçi fars rejimin yaxaladığı azərbaycanlı fəal Musa Ziya Gərgəri sərbəst buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin təhlükəsizlik qüvvələrinin Sulduzda Azərbaycan şəhidlərinin anım mərasiminə mane olmaq üçün yaxaladığı milli fəal Musa Ziya Gərgəri sərbəst buraxılıb.

Sulduz sakini olan Ziya Gərgəri mayın 23-də yaxalandıqdan bir neçə saat sonra gecə yarısı sərbəst buraxılıb.

Həmçinin rejimin Qərbi Azərbaycandakı Təhlükəsizlik idarəsi müxtəlif şəhərlərdə milli fəallara zəng edərək Sulduz şəhidlərinin ildönümü mərasiminin keçirilməsinə qatılmamaları üçün onlara xəbərdarlıq edib. Eyni zamanda azərbaycanlı fəallar Əli Hacıməhəmmədi, Nasir əhmədi, Həsən Badpeyma və Vəli Azəriun bu istiqamətdə rejimin təhlükəsizlik orqanlarına çağırlıb.

Qeyd edək ki, hər il 2006-cı ilin may ayında Güney Azərbaycanda milli qiyam zamanı Sulduz şəhərində türk etirazçıların öldürülməsinin ildönümü ərəfəsində azərbaycanlı milli fəallara təzyiqlər artır.

Sulduzda həmin qiyam zamanı Hüseyn Fəthipur (16 yaşında), Tövhid Azəriyyun (26 yaşında), Himmət İsmzadə (35 yaşında) və Əsgər Qasimi (39 yaşında) şəhid edilmişdir. Rejim onları ziyarət etməyi də qadağan edib və onları ziyaət edən azərbaycanlıları həbs edir.

Həmçinin yoxlayın

Siyamək Mirzayinin həbs müddəti uzadılıb; girov qarşılığında azadlığa buraxılacağı ilə bağlı vəd yerinə yetirilməyib

GADTB: Siyamək Mirzayinin ailəsinə yaxın mənbələrdən daxil olan məlumata görə, azərbaycanlı fəal barəsində bir aylıq …

SEPAH xüsusi təyinatlı qüvvələri İranın qərb sərhədlərinə göndərib

GADTB: SEPAH-a bağlı media hesabı X sosial şəbəkəsində yayımladığı məlumatda bildirib ki, İraq ərazisindən silahlı …

Bir cavab yazın