Cümə axşamı , İyun 25 2026
azfa

İrqçi fars rejimin yaxaladığı azərbaycanlı fəal Nəsim Sadiqinin vəziyyətin heç bir xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi və işğalçı fars rejimin məmurlarının oktyabr ayının 21-də Təbriz şəhərində yaxaladığı azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqinin taleyindən heç bir xəbər yoxdur. Xəbər yazılana qədər azərbaycanın fəal taleyi qeyri-müəyyəndir.

Azərbaycanlı fəal Nəsim Sadiqinin övladı da rejimin məhkəmə orqanlarına müraciət edib. Lakin onlar heç bir məlumat verməyərək, xəbərsiz olduqlarını iddia ediblər.

Qeyd edək ki, oktyabr ayının 21-də yaxalanan fəal öz övladı ilə əlaqə saxlayaraq, rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalandığını xəbər vermişdi.

Həmçinin rejimin məmurları fəalın bir sıra şəxsi əşyası, o cümlədən mobil telefonu, kompüter və kitabları rejimin məmurları tərəfindən müsadirə edilərək aparılmışdır.

Fəalın yaxınlarının bildirdiyinə görə, onun yaxalanmasının sosial şəbəkələrdə fəal olması ilə bağlı olduğu ehtimal edilir.

Həmçinin yoxlayın

İran və Ermənistan yeni ticarət və tranzit marşrutlarını müzakirə edib

GADTB: Dünən İrəvanda Ermənistan İqtisadiyyat Nazirliyində İran və Ermənistan rəsmilərinin iştirakı ilə iki ölkə arasında …

Türkiyə iyul ayında NATO liderlərinin sammitinə ev sahibliyi edəcək

GADTB: NATOnın 36-cı liderlər sammiti 7–8 iyul tarixlərində Türkiyəndə keçiriləcək. Sammitdə NATO-ya üzv olan 32 …

Bir cavab yazın