İrqçi fars rejiminin KİV-i Türkiyəyə qarşı kürd terrorçularını himayə edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İrqçi fars rejiminin mediası Türkiyənin terror təşkilatlarına istiqamətlənmiş “Zeytun budağı” hərbi əməliyyatlarına qarşı qaralama kampaniyası başladıb.

İrqçi rejimin bir sıra xəbər agentlikləri və qəzetləri terror haqq qazandıraraq Afrin əməliyyatlarını suriyalı kürdlərlə qarşıdurma adlandırıb.

İrqçi fars rejiminin rəsmi və mühafizəkar “İran” qəzeti Afrin hərəkatını “Türkiyə Suriya kürdlərinə qarşı əməliyyatlara başladı”, “Prezident Rəcəb Tayyib Ərdoğanın yeni macərası”, “Suriyanın şimalındakı xalqa qarşı hava hərəkatı” başlıqları ilə tirajlayıb.

“Etimad” qəzeti isə Afrin əməliyyatlarının səbəbini özünəməxsus şəkildə açıqlayıb: “Kürd silahlı ünsürlərinin Əsəd rejiminin yanında olması, terror təşkilatının rəhbəri Abdullah Öcalana tabe olması və PKK-nın əmri ilə hərəkət etmələri…”

Qeyd edək ki, Türkiyə “Zeytun budağı” əməliyyatı ilə sərhədləri yaxınlığında yaradılmış terror koridorunu yarmaq niyyətindədir. İrqçi fars rejimi isə terrorçuluqla mübarizə aparan Türkiyəni himayə etmək yerinə terrorçuları dəstəkləyir.

Həmçinin yoxlayın

İran 30-dan çox gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirir

GADTB: İranın hökumətyönlü media qurumları cümə axşamı bildiriblər ki, İran İslam Respublikasının hərbi qüvvələri ötən …

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …

Bir cavab yazın