İrqçi fars rejimlə müharibə üçün İsrail ordusu hazırlıq görür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail xarici işlər naziri çərşənbə axşamı günü bildirib ki, ölkəsi öz ordusunu Fars Körfəzində İranla ABŞ arasında baş verə biləcək mümkün müharibədə iştirak etmək üçün hazırlayır.

2016-cı ildə imzalanan nüvə sazişinin aqibətinin rəsmi Vaşinqtonun təzyiqi ilə təhlükəyə düşməsi, ABŞ-a məxsus pilotsuz kəşfiyyat aparatının İran İslam İnqilabının Keşikçilər Korpusu tərəfindən vurulması və Oman dənizində neft tankerlərinin partladılmasında Tehranın əlinin olması ilə bağlı ittiham edilməsi Tehranla Vaşinqton arasında gərginliyi rekord səviyyədə artıraraq Fars Körfəzi bölgəsində müharibənin baş vermə riskinin yaranmasına səbəb olub.

İrana qarşı sanksiyaların artırılması üçün Donald Tramp hökumətini təşviq edənlərdən biri də İsraildir; bu sanksiyalar Tehranı yeni danışıqlara başlamağa və daha geniş məhdudiyyətləri özündə ehtiva edən yeni nüvə sazişinə nail olmağa razı salmaq üçün tətbiq edilib.

İsrailin xarici işlər naziri Thassilian Katz, Herzliya şəhərinin ev sahibliyi etdiyi təhlükəsizlik mövzusunda keçirilən beynəlxalq konfransında çıxışında bildirib ki, İran ani bir şəkildə “boz zona” adlandırdığı sahədən çıxa və beləliklə bölgədə yeni bir qarşıdurma baş verə bilər.

“Nəzərə almaq lazımdır ki, İran rejiminin səhv hesablamaları mövcud vəziyyət “boz zona”dan hərbi münaqişə adlanan “qırmızı zona”,ya dəyişə bilər”,- deyə o bildirib.

Katz deyib: “Biz özümüzü belə bir vəziyyətə hazırlamalıyıq və buna görə İsrail hökuməti öz ordusunu hazırlayır; belə bir hadisədə istifadə oluna bilən və gərginliyin artması ssenarisinə cavab verə bilən bir ordu”.

Həmçinin yoxlayın

Marağada yanğın zamanı 13 yanğınsöndürən xəsarət alıb

GADTB: Dünən Marağa sənaye şəhərciyində yerləşən mühərrik yağı istehsalı zavodunda baş verən genişmiqyaslı yanğın tam …

Molla rejimi körfəzdən keçən gəmilərdən qazanc məqsədilə Hörmüz boğazı üçün “Hormuz Safe” sığorta saytını açıb

GADTB: İran Hörmüz boğazından keçən gəmilər və dəniz yükləri üçün nəzərdə tutulmuş yeni ixtisaslaşmış sığorta …

Bir cavab yazın