İşğalçı fars rejim Güney Azərbaycanın müxtəlif bölgələrində neft yataqları aşkar edildiyini açıqladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin Milli Neft Şirkətinin Yataqların Kəşfiyyatı Departamentinin rəisi Saleh Hendi bildirib ki, Şərqi Azərbaycanda və Ərdəbildə neft aşkar edilib.

O, yaxın vaxtda yataqların mənimsənilməsinə başlanacağını deyib:

“İlkin araşdırmaya əsasən, neft və qaz yataqlarının Şərqi Azərbaycanın Bostanabad və Miyanə rayonlarında da tapılma ehtimalı var. Sözügedən rayonlarda tezliklə tədqiqatlara başlayacağıq. Bununla yanaşı, Ərdəbil əyalətində Moğan perspektivli rayonu aşkar olunub və orada karbohidrogenin sınaq hasilatı həyata keçirilir”.

Qeyd edək ki, işğalçı fars rejim Güney Azərbaycanın zəngin yeraltı və yerüstü sərvətlərin müstəmləkəçilər şəklində talayıb fars bölgələrinə aparır.

Həmçinin yoxlayın

Sayın Mikayıl bəy Oyta rəsmi dəvətlə 11-ci ICMG Qonşuluq İftarında iştirak edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyi …

ABŞ molla rejimin himayə etdiyi Yəmən husilərini bombalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Prezidenti Donald Tramp orduya Yəməndə husilərə qarşı …

Bir cavab yazın