Çərşənbə axşamı , May 19 2026
azfa

İşğalçı fars rejimin irqçi hərəkətinə azərbaycanlı fəallardan layiqli cavab

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəallar Güney Azərbaycanda mənəvi soyqırım törədən işğalçı fars rejimə Təbriz şəhərində layiqli cavab veriblər.

Rejimin Təbriz şəhərində fars dili dərsliyinə abidə ucaltmasına etiraz bildiriən azərbaycanlı fəallar abidənin üzərində fars dili sözünü silərək türk dili sözünü əlavə ediblər. Beləliklə, azərbaycanlı fəallar rejimin bu iyrənc planını yerində iflasa uğradıblar.

Qeyd edək ki, Güney Azərbaycanda milyonlarla Azərbaycan türkünün dilini qadağan edərək, mənəvi soyqırım siyasəti həyata keçirən irqçi və işğalçı fars rejimi məktəblərin açılması ərəfəsində Güney Azərbaycana qarşı daha bir irqçi və rusvayçı hərəkət etmişdi.

Rejimin göstərişi ilə Təbriz şəhərinin parklarının birində milyonlarla türkün dilini qadağan edib mənəvi soyqırım həyata keçirildiyi bir anda fars dili dərsliyinə abidə ucaltmışdı. Bunu isə Azərbaycan türkləri Güney Azərbaycanda millətimizin mənəvi soyqırım amilinə rejim tərəfindən abidə ucadılması kimi qiymətləndirmişdi.

Sosial şəbəkələrdə həmçinin Azərbaycan türkləri rejimin Təbrizdə fars dili dərsliyinə abidə ucaltmasını Azərbaycan türk millətinə meydan oxumaq kimi dəyərləndirmişdilər.

Həmçinin yoxlayın

İran ABŞ Hərbi Hava Qüvvələrinin uçuş taktikalarını təhlil edib və mümkün zərbəyə hazırlaşır

GADTB: “The New York Times” ABŞ rəsmilərinə istinadən xəbər verir ki, İranın hərbi komandanlığı Vaşinqtonun …

Təxminən 3 min yük maşını 20 gündən çoxdur Türkiyə sərhəddində çıxış növbəsində qalıb

GADTB: Hazırda təxminən 3 min yük maşınının 20 gündən artıqdır ölkədən çıxış üçün sərhəd keçid …

Bir cavab yazın