Çərşənbə axşamı , May 19 2026
azfa

İsrail: “Lazım gələrsə, elə sabah İrana hücum edə bilərik”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, apreldə vəzifəsinin icrasına başlayacaq İsrailin Hərbi Hava Qüvvələrinin yeni komandanı Tomer Bar deyib; “Lazım gələrsə, İsrailin Hərbi Hava Qüvvələri elə sabah İranın atom təsisatlarını bombalaya bilər”.

Tomer Bar bu məsələnin onun vəzifədə olduğu vaxtda baş verəcəyinə ümid etdiyini bildirib.

O, əlavə edib ki, İsraildən 1000 kilometr aralıda baş tutacaq belə hücumun uğursuz olmasının ehtimalı mövcud deyil.

Qeyd edək ki, son aylar ərzində İsrail rəsmiləri dəfələrlə İrana qarşı hərbi varianta əl atacaqları barədə fikirlər dilə gətirirlər. Bütün bu təhdidlər Vyanada İranla 4+1 ölkələri arasında atom razılaşmasının canlandırılması üçün aparılan danışıqların dalana dirənməsi ilə daha da artıb.

Həmçinin yoxlayın

İran ABŞ Hərbi Hava Qüvvələrinin uçuş taktikalarını təhlil edib və mümkün zərbəyə hazırlaşır

GADTB: “The New York Times” ABŞ rəsmilərinə istinadən xəbər verir ki, İranın hərbi komandanlığı Vaşinqtonun …

Təxminən 3 min yük maşını 20 gündən çoxdur Türkiyə sərhəddində çıxış növbəsində qalıb

GADTB: Hazırda təxminən 3 min yük maşınının 20 gündən artıqdır ölkədən çıxış üçün sərhəd keçid …