İsrail ordusu: İran və Livanla bağlı yeni hərbi planlar təsdiqlənib

GADTB: Eyal Zamir İran və Livana qarşı hərbi əməliyyatların davam etdirilməsi üçün yeni planların təsdiqləndiyini açıqlayıb. Onun sözlərinə görə, İsrail ordusu hazırda ən yüksək döyüş hazırlığı vəziyyətindədir.

Zamir Cənubi Livana səfəri zamanı bildirib ki, bu planlar Baş Qərargahla birlikdə müzakirə olunaraq qəbul edilib və İran və Livan istiqamətində mümkün əməliyyatlar üçün qiymətləndirmələr davam etdirilir. O, həmçinin ABŞ ilə birgə həyata keçirilən əməliyyatlar nəticəsində İranın müdafiə qabiliyyətinə “ciddi zərbələr” vurulduğunu iddia edib.

Onun sözlərinə görə, son bir ay ərzində 1700-dən çox “Hizbullah” üzvü öldürülüb. Lakin bu məlumat müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib. Zamir əlavə edib ki, Litani çayına qədər olan Cənubi Livan ərazisi “Hizbullah” üçün “ölüm zonasına” çevrilməlidir.

Eyni zamanda, Benjamin Netanyahu da yaydığı videomüraciətdə İrana qarşı təzyiqlərin davam etdiriləcəyini və ABŞ ilə tam koordinasiyanın qorunduğunu vurğulayıb. O, İranın uranı zənginləşdirmə fəaliyyətinin dayandırılmasını və zənginləşdirilmiş materialların ölkədən çıxarılmasını tələb edib.

Netanyahu qeyd edib ki, Vaşinqton və Təl-Əviv arasında regiondakı proseslərlə bağlı daimi məsləhətləşmələr aparılır və İsrail “istənilən ssenariyə” hazırdır.

Məlumatlara görə, bu açıqlamalar regionda gərginliyin daha da artdığı və hərbi qarşıdurma ehtimalının yüksək olaraq qaldığı bir vaxta təsadüf edir.

Həmçinin yoxlayın

Molla rejimi tarixi Azərbaycan ərazisi Mərkəzi əyalətdə daha 75 nəfərin əmlakını  müsadirə edib

GADTB: Molla rejimi müxaliflərin əmlaklarını müsadirə etməsi və dondurması ilə bağlı tədbirlərin davam etdiyi bir …

Urmiya gölünün səviyyəsinin ötən illə müqayisədə artdığı iddia edilir

GADTB: Şərqi Azərbaycan Regional Su Şirkətinin baş direktoru və Urmiya Gölünün Bərpası Qərargahının üzvü Yusif …