Cümə , Dekabr 27 2024
azfa

İsrailli nazir: “Güney Azərbaycanın İranın faşist hökumətindən xilas olacağı yaxındır”

GADTB: İsrailin keçmiş rabitə və kibertəhlükəsizlik naziri Eyyub Kara deyib: “Azərbaycanlılar İran əhalisinin 40%-ni təşkil edir və onların əksəriyyəti İranın faşist hökumətinin müstəmləkəçiliyindən xilas olub vahid Azərbaycan ölkəsi yaratmaq istəyir”.

“Güney Azərbaycan xalqı İranda öz ana dilində işləmək və təhsil almaq istəyinə baxmayaraq, daim İran hökumətinin təzyiqi altındadır.

Bakı ilə Tehran arasında gərginliyin artacağı gözlənilir və belə bir vəziyyətdə Güney azərbaycanlılar öz azadlıqları üçün daha çox mübarizə aparacaqlar.

Azərbaycan və İsrail öz milli müqəddəratını təyin etməkdə təbii ki, onlara dəstək verəcəklər. İran Azərbaycanla sərhəddə hərbi təlimlər keçirib, İran Qafanda konsulluq açıb və Azərbaycanın İsraildə səfirlik açmasından sonra Tehrandakı Azərbaycan səfirliyində terror aktı törədib”- deyə Eyyub Kara bildirib.

Həmçinin yoxlayın

Salmas düzündə torpaq çökməsi təhlükəli həddə çatıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan Regional Su Təsərrüfatı İdarəsinin yeraltı su …

Təyyarı qəzasının araşdırılması üçün Türkiyə mütəxəssisləri cəlb edildi

GADTB: AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra aparılan araşdırmalara Türkiyə ekspertləri də cəlb olunub. Azərbaycan araşdırmaların …