Çərşənbə , Fevral 24 2021
azfa

Kolumbiya Universitetində Türkiyə-Azərbaycan Araşdırma Mərkəzinın açılışı oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Kolumbiyanın Eksternado Universitetində Azərbaycan və Türkiyənin Kolumbiyadakı səfirlikləri, eləcə də Universitet rəhbərliyinin birgə səyləri nəticəsində yaradılan “Türkiyə – Azərbaycan Araşdırma Mərkəzi”nin açılış mərasimi keçirilib.

Açılış mərasimində sözügedən Universitetin rektoru Xuan Karlos Enao Perez, Türkiyənin Kolumbiyadakı səfiri Ece Öztürk, Azərbaycanın Boqotadakı müvəqqəti işlər vəkili Həmid Zeynalov, Kolumbiya Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin Direktoru Xuan Qiyermo Kastro Benneti, Kolumbiya Milli Arxiv İdarəsinin direktoru Enrike Serrano, Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi (ProColombia) və Elmlər Akademiyası nümayəndələri ilə yanaşı digər ali məktəblərin professorları və KİV-in nümayəndələri iştirak ediblər.

Açılış mərasimini açan Universitet rektoru Xuan Karlos Enao Azərbaycanın yerləşdiyi strateji məkanı, təbii resursları, enerji siyasəti, nəhəng layihələri və ciddi nailiyyətləri haqqında danışıb, ölkəmizin dinamik inkişafı ilə regionun ən güclü dövlətinə çevrildiyini qeyd edib.

O, həmçinin Araşdırma Mərkəzinin hər iki ölkənin qarşılıqlı əlaqələri gücləndirmək əzminə gələcəkdəki mümkün dəstəyindən bəhs edib.

Tədbirdə çıxış edən müvəqqəti işlər vəkili Həmid Zeynalov bu kimi mərkəzlərin mövcudluğunun təhsil üzrə mübadilə sahəsində zəruriliyini auditoriyanın nəzərinə çatdırıb. Diplomat hal-hazırda Kolumbiyada ölkəmiz haqqında bir neçə universitetlərdə tələbələr tərəfindən araşdırmaların aparılmasını, lakin sözügedən tədqiqatların sayını qənaətbəxş olmamasını qeyd edib. Məhz yeni yaradılmış bu Araşdırma Mərkəzinin dəstəyi ilə ölkəmizə maraq və elmi işlərin aparılmasına dair təşəbbüsün daha da artacağına ümidvar olduğunu diqqətə çatdırıb. Eyni zamanda H.Zeynalov qeyd edib ki, sözügedən Araşdırma Mərkəzi vasitəsilə Azərbaycan və Kolumbiya təhsil ocaqları arasında tələbə və ya professor mübadiləsi aparmaqla hər iki ölkə bəhrələnə bilər. Həmçinin sözügedən Mərkəzin Kolumbiya cəmiyyətinə Azərbaycanın siyasəti, iqtisadiyyatı, tarixi və mədəniyyəti haqqında dolğun və dəqiq məlumatın ötürülməsinə imkan yaradacağını bildirib. Yaradılan Araşdırma Mərkəzinin direktoru Kolumbiyanın Türkiyədəki keçmiş fövqəladə və səlahiyyətlə səfirinin həyat yoldaşı xanım Soraya Karo təyin olunub. Qeyd edək ki, əsası 1886-cı ildə qoyulan Eksternado Universiteti dünyanın sosial araşdırmalar üzrə 100 ən yaxşı universitetlər sıralamasında arasında yer alıb.

Həmçinin yoxlayın

“Twitter” Rusiya, İran və Ermənistan ilə bağlı 373 hesab ləğv edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Twitter” Rusiya, İran və Ermənistan ilə bağlı 373 …

“L’Humanite”dən başlayan planlı Qarabağ münaqişəsi: ilk addım, ilk şəhidlər, son deportasiya – 33 il

GADTB: Bəlkə də tək mən belə düşünürəm, bilmirəm. 100 il idi ki, münaqişə korun-korun yanırdı. …

Bir cavab yazın