“Məhəmmədrza Fəqihi” yenidən baxılma qəbul edildikdən sonra Evin həbsxanasından azad edildi

GADTB: Vəkil və azərbaycanlı fəal Məhəmmədrza Fəqihi 23 xordad 1405-ci il şənbə günü, təxminən bir il səkkiz ay həbsdə saxlanıldıqdan sonra, iş üzrə yenidən baxılma qəbul edildiyi və “törədilən əməl cinayət sayılmadığı” əsasına görə Evin həbsxanasından azad edilib.

Məlumata görə, Fəqihi daha əvvəl Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən hakim Abülqasım Sələvati sədrliyi ilə “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə toplaşma və əlbirlik” ittihamı ilə 5 il azadlıqdan məhrum edilmişdi. Həmçinin ona 2 il vəkillik fəaliyyəti qadağası, 2 il ölkədən çıxış yasağı və siyasi fəaliyyət məhdudiyyəti də tətbiq olunmuşdu.

Yenidən baxılma qərarının qəbul edilməsi və təxminən iki illik həbsdən sonra azadlıq qərarı, Azərbaycanlı fəalların işləri üzrə məhkəmə prosesləri və bu tip təhlükəsizlik ittihamları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Həmçinin yoxlayın

Tramp: Tələblərimizin 100 faizinə nail olmasaq, İranla genişmiqyaslı müharibə qaçılmaz olacaq

GADTB: ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əgər administrasiyası İranla aparılan danışıqlarda qarşıya qoyduğu …

Şərqi Azərbaycan adının rəsmi bannerdə ixtisar edilməsi etiraz doğurdu

GADTB: Şərqi Azərbaycan Vilayəti Dövlət Təzirat Baş İdarəsinə aid olduğu bildirilən bannerdə rəsmi “Şərqi Azərbaycan” …