Çərşənbə axşamı , May 19 2026
azfa

Məşhur azərbaycanlı xətta Abbas Köçəri Xoy şəhərində yaxalanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan ölkənin təhlükəsizlik qüvvələri yanvar ayının 1-də məşhur azərbaycanlı xətta Abbas Köçərini Xoy şəhərində yaxalanıblar.

Məlumata görə rejimin təhlükəsizlik qüvvələri xəttatın evinə hücum edərək, axtarış aparıb və xəttatı yaxalayaraq, həbs ediblər. Azərbaycanlı xəttatın həbsinin səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, məşhur azərbaycanlı xətta Abbas Köçəri Xoy şəhərində doğulub və xəttatlıq ixtisası üzrə məzun olub. Güney Azərbaycanın məşhur xəttatının indiyədək Xoy, Təbriz və Urmiya şəhərlərində çoxsaylı sərgiləri keçirilib. Xəttatın “Elimin sözləri” adlı türkcə, eləcə də “İşarati Şəms Təbrizi” adlı digər albomu işıq üzü görüb.

Həmçinin yoxlayın

İran ABŞ Hərbi Hava Qüvvələrinin uçuş taktikalarını təhlil edib və mümkün zərbəyə hazırlaşır

GADTB: “The New York Times” ABŞ rəsmilərinə istinadən xəbər verir ki, İranın hərbi komandanlığı Vaşinqtonun …

Təxminən 3 min yük maşını 20 gündən çoxdur Türkiyə sərhəddində çıxış növbəsində qalıb

GADTB: Hazırda təxminən 3 min yük maşınının 20 gündən artıqdır ölkədən çıxış üçün sərhəd keçid …

Bir cavab yazın