Çərşənbə , İyun 17 2026
azfa

Merkel Türkiyəni strateji əhəmiyyətə malik ölkə adlandırdı

Avropa İttifaqı liderləri sammitində alyans ilə Türkiyə münasibətləri və Aralıq dənizinin şərqində cərəyan edən proseslər müzakirə ediləcək. Bunu Almaniya kansleri Angela Merkel deyib.

Almaniya kansleri Angela Merkel Bundestaqda etdiyi çıxışında: “Avropa İttifaqının inkişafı və çiçəklənməsi alyanşa üzv olmayan qonşular ilə güçlü münasibətlərdən asılı olduğunun idrakındayıq. Bu qonşular arasında NATO üzvü Türkiyə ilk sırada iştirak etməlidir”.

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Josep Borelin sözügedən çoxtərəfli əlaqələrə dair bir hesabat hazırladığını ifadə edən Merkel Aralıq dənizinin şərqində cərəyan edən proseslərə də toxunaraq: “Son zamanlarda Kiprdə və Yunan ərazi sularında yaşanan provokatif fəaliyyətlərdən sonra Türkiyənin Şərqi Aralıq dənizində gərginliyi azaldacaq addımlar ataraq Yunanıstanla yenidən dialoq qapılarını açmasını yüksək qiymətləndiririk. Kiprin gələcəyinə dair 5+1 danışıqları Birləşmiş Millətlər Təşkilatının rəhbərliyində davam edəcək”.

İllərdir Almaniyada çox sayda Türkün yaşadığına diqpqət çəkən Merkel ölkəsi ilə Türkiyə arasında güçlü münasibətlərin olduğunu, buna biganə qalmamaq üçün Türkiyə ilə Avropa İttifaqı arasında yenidən yüksək seviyyədə dialoqun başladılması məsələsini müzakirə edəcəklərini vurğulayıb.

Həmçinin yoxlayın

Güney Azərbaycanda vəkil öldürülüb

GADTB: Güney azərbaycandan olan vəkil Məcid Pejumanın cəsədi Qərbi Azərbaycan əyalətindəki Həsənlu bəndi ətrafında aşkar …

ABŞ-la İran arasında razılaşma BMT-də təsdiqlənəcək

GADTB: “Bloomberg” ABŞ və İran arasında müzakirə olunan 14 maddəlik anlaşma memorandumunun layihəsini dərc etdiyini …