Cümə axşamı , Sentyabr 24 2026
azfa

Türkiyə təyyarədaşıyan gəmisini PUA-larla təchiz edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Müdafiə sənayesi naziri İsmayıl Dəmir “TCG Anadolu”nun dünyada silahlı insansız hava aparatları (SİHA) ilə təchiz olunan ilk gəmi olacağını açıqlayıb.

“AV-8B Harrier” döyüş təyyarələrinin “TCG Anadolu”da yerləşdirilməyəcəyini ifadə edən nazir, bu gəminin hazırlanması zamanı çox təcrübə qazandıqlarını söyləyib.

İ.Dəmirin sözlərinə görə, “L-400”dən qazandıqları təcrübə ilə daha böyük bir təyyarə gəmisi hazırlamaq mümkün olacaq.

“Çox məqsədli “Amfibiya Hücum Gəmisi TCG Anadolu”’nu inventarımıza əlavə etdikdə, Türk Donanması daha da güclənəcək. Pandemiya mühiti layihəyə bir az təsir etdi, planlaşdırılan tarix 2022-ci ilin sonu idi. Lakin cənab Prezident bu tarixi gəmiqayırma zavodu ilə danışıqlar apararaq önə çəkdi. Pandemiyaya baxmayaraq, önə çəkilən tarix üçün işləri çatdırmağa çalışırıq. 2021-ci ilin sonuna qədər “TCG Anadolu”nu inventara daxil etməyə çalışacağıq. “Harriers” çox köhnə bir dizayndır və açığı, onunla maraqlanmırıq”, – türk nazir qeyd edib.

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …