Çərşənbə , Dekabr 4 2024
azfa

Mohəqqeq Ərdəbili Universitetində senzuraya etiraz olaraq ağ banner asıldı

GADTB: güney Azərbaycanın Ərdəbil bölgəsindəki  Mohəqqeq Ərdəbili Universiteti universitetin mədəniyyət mərkəzi tərəfindən planlaşdırılan Azərbaycan türkcəsi təlim seminarına məhdudiyyətlər qoyub.

16 seansdan ibarət bu seminar tələbələrə ana dilinin öyrədilməsi və möhkəmləndirilməsi məqsədi ilə hazırlanıb, lakin universitet rəsmiləri son zamanlar seminarın təşkilinə əngəllər törətməyə başlayıb.

Universitet rsəmilərinin etirazına və seminara məhdudiyyət qoymasına səbəb “Xətai” mədəniyyət mərkəzinin təklif etdiyi “Anama oxşarlığımdır, Ana dilim” başlıqlı banner olub.

Bu aksiyaya cavab olaraq senzuraya etiraz edən tələbələr universitet şəhərciyində heç bir dizaynı və yazısı olmayan ağ pankart quraşdırıblar. Bu addım məhdudiyyətlərə və senzuraya etirazın simvolu kimi qiymətləndirilib.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi azərbaycanlı fəal zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars molla rejimin həbs etdiyi azərbaycanlı fəal …

Zərğami Azərbaycan türkcəsində telekanalın açılmasına paniranistlərin mane olduğuna etiraf edib

GADTB: İran Dövlət Teleradio Təşkilatının keçmiş rəhbəri ölkədə Azərbaycan türkcəsində telekanalın açılmasına paniranistlərin mane olduğuna …