Şənbə , May 30 2026
azfa

Molla rejimi Ərdəbildə azərbaycanlı milli fəalları mühakimə edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Ərdəbildə azərbaycanlı milli-mədəni fəallar Əsgər Əkbərzadə və Səid Sadiqifəri noyabrın 23-də mühakimə edib.

Azərbaycanlı fəalların məhkəmə iclası Ərdəbildı rejimin Ümumi və İnqilab Prokurorluğunun 7-ci şöbəsində keçirilib.

Kamyar Səlimin sədrliyi ilə keçirilən məhkəmə iclasında Əsgər Əkbərzadə “Sistemə qarşı təbliğat” və Səid Sadiqifər isə “Milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” ittihamları ilə qarşılaşıblar.

Qeyd edək ki, həmin azərbaycanlı milli-mədəni fəallar sentyabrın 22-də molla rejiminin ETTELAAT İdarəsinin məmurları tərəfindən yaxalanmışdılar.

Səid Sadiqifər noyabrın 3-də, Əsgər Əkbərzadə isə noyabrın 16-da girov qarşılığında məhkəməyə qədər Ərdəbildə zindanından zaminə buraxılmışdılar.

Həmçinin yoxlayın

CENTCOM Hörmüz boğazında hərbi əməliyyatlar keçirəcəyi barədə xəbərdarlıq edib

GADTB: ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) dənizçilərə və hava qüvvələrinin şəxsi heyətinə Hörmüz boğazında hərbi əməliyyatlar …

“Traxtur” klubu Çempionlar Liqasında iştirak edə bilər

GADTB: Cənubi Azərbaycanın “Traxtur” klubunun növbəti mövsümdə Asiya Çempionlar Liqasının Elit mərhələsində iştirakı böyük ölçüdə …