Cümə , Sentyabr 25 2026
azfa

Molla rejimi ərəblərin suyun olmamasına etiraz mitinqini gülləboranla dağıtdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Əhvazın Qeyzaniyə bölgəsində içməli suyun kəsilməsinə etiraza çıxan yüzlərlə etirazçının mitinqini saçma güllələrdən atəş açaraq dağıdıblar.

Əhvazdan 45 kilometr aralıda Qeyzaniye bölgəsinin sakinləri şənbə günü içməli suyun kəsilməsinə etiraz olaraq bölgənin bələdiyyə binası qarşısına toplaşmışdılar.

Əhvazın polis rəisi polkovnik Möhsün Dalvənd əhalinin haqlı etirazını “qanunsuz” adlandıraraq, deyib ki, etirazçılar Əhvaz-Ramehrmez-Omidiye yolunu bağladıqdan sonra polis onları dağıtmağa başlayıb.

Gülləboran nəticəsində yaralananların olduğu bildirilir.

Bu etirazla yanaşı başqa bir mitinqdə də İranın xüsusi qüvvələri Əl-Əhvaz şəhrdarlığının narazı fəhlələrinə hücum ediblər.

Həmçinin yoxlayın

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …

Güney Azərbaycanın “Traxtur” komandasının reytinqi daha da yüksəlib

GADTB: “Traxtur” futbol komandası dünya reytinqində 30 pillə irəliləyərək dünyada 211-ci yerə yüksəlib. “FootballDatabase” saytının …

Bir cavab yazın