Şənbə , May 30 2026
azfa

Molla rejimi ABŞ-la razılaşma üçün vasitəçilərə cavabı hazırladığını bildirir

GADTB: İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi brifinq zamanı deyib ki, İranın vasitəçilərə cavabı hazırlanıb, lazım olan vaxt ictimaiyyətə məlumat veriləcək.

“Bir neçə gün əvvəl Pakistan və digər dost ölkələr vasitəsilə ABŞ-ın 15 maddəlik planı ortaya qoyuldu. Həmin vaxt biz bildirdik ki, belə təkliflər həm həddindən artıq tələbkar, həm də qeyri-adi və qeyri-məntiqidir. Bu bizim üçün qəbuledilməz idi. Öz maraqlarımıza, öz mülahizələrimizə əsasən, indiyədək olan və hazırdakı tələblərimizi yazılı şəkildə hazırlamışıq. Lazım olan vaxt bu barədə açıq şəkildə məlumat verəcəyik”, – Bəqayi bildirib.

Xarici İşlər Nazirliyinin sözçüsü İran İslam Respublikasının və İran xalqının ABŞ-la danışıqlarda çox acı təcrübələri olduğunu və bunu asanlıqla nəzərdən qaçıra bilməyəcəklərini bəyan edib.

“Düşmənin törətdiyi cinayətlərin həcmi artdığı və hər gün yeni bir cinayət törətdiyini bildiyimiz bir şəraitdə bütün diqqətimiz və qüvvəmiz ölkəmizi müdafiə etməyə yönəlməlidir”.

O qeyd edib ki, İranın enerji və sənaye infrastrukturunu məhv etməklə bağlı təhdidlər özü özlüyündə bir müharibə cinayətidir.

Bəqayi ABŞ-ı İranda mülki hədəflərə hücum etmək üçün İsrailə “yaşıl işıq” yandırmaqda ittiham edib.

Həmçinin yoxlayın

CENTCOM Hörmüz boğazında hərbi əməliyyatlar keçirəcəyi barədə xəbərdarlıq edib

GADTB: ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) dənizçilərə və hava qüvvələrinin şəxsi heyətinə Hörmüz boğazında hərbi əməliyyatlar …

“Traxtur” klubu Çempionlar Liqasında iştirak edə bilər

GADTB: Cənubi Azərbaycanın “Traxtur” klubunun növbəti mövsümdə Asiya Çempionlar Liqasının Elit mərhələsində iştirakı böyük ölçüdə …