Cümə axşamı , İyun 25 2026
azfa

Molla rejimi azərbaycanlı boksçu və Asiya çempionu Məhəmməd Məhşəri və məşqçisi Bəhnam Daniyalini həbs edib

GADTB: Marağa şəhərindən olan Asiya boks çempionu Məhəmməd Məhşəri və onun məşqçisi Bəhnam Daniyali təxminən bir həftə əvvəl təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıblar. Onların saxlanılmasından bu günədək harada saxlanıldıqları, səhhətləri və hüquqi vəziyyətləri ilə bağlı heç bir rəsmi və etibarlı məlumat açıqlanmayıb.

Məlumata görə, bu iki idmançı 18 və 19 dey tarixlərində baş vermiş etiraz aksiyalarında onlara aid edildiyi iddia olunan rol səbəbilə müəyyən edildikdən sonra, Marağa rayon Boks Federasiyasının sədri Hüseyn Mərzpurun təqdimatı ilə SEPAH-ın kəşfiyyat qüvvələri tərəfindən saxlanılaraq Təbriz şəhərinə aparılıblar. Saxlanılmalarından bir neçə gün keçməsinə baxmayaraq, ailə üzvləri və yaxınları hələ də tam məlumatsız vəziyyətdədir və məsul qurumlar hər hansı açıqlama verməkdən imtina edirlər.

Həmçinin yoxlayın

Türkiyə iyul ayında NATO liderlərinin sammitinə ev sahibliyi edəcək

GADTB: NATOnın 36-cı liderlər sammiti 7–8 iyul tarixlərində Türkiyəndə keçiriləcək. Sammitdə NATO-ya üzv olan 32 …

SEPAH bildirir ki, Oman tərəfindən təklif olunan marşrut qəbuledilməz və təhlükəlidir

GADTB: İslam İnqilabı Keşikçiləri Korpusu bəyan edib ki, Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidi yalnız İranın …