Molla rejimi azərbaycanlı fəal Əşkan Səadətmehri həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Əşkan Səadətmehri həbsə məhkum edərək, onun ölkədən çıxışına da qadağa qoyub.

Rejim azərbaycanlı fəala 3 il həbs cəzası verib. Həmçinin azərbaycanlı fəalın ölkədən çıxışına qadağa qoyub.

Qeyd edək ki, azərbaycanlı fəal Əşkan Səadətmehr sentyabrın 24-də Sepah tərəfindən evinə hücum edilməklə yaxalanmışdı. Fəalın şəxsi əşyaları, həmçinin həyat yoldaşının telefonu da müsadirə edilmişdi.

Azərbaycanlı fəal bir neçə gün sonra vəsiqə qarşılığında zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …